Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
RAYON HAQQINDA ÜMUMİ MƏLUMAT

0

  • Tarixi

    Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır. Xocalı
    Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. Şəhərlərin sayı - 1, qəsəbələrin sayı - 1, kəndlərin sayı - 49-dur. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub. Rayonun mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın
    25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan edilib. Xocalının qədim Tarixi - Azərbaycan
    torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən
    dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı
    mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

    Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit
    dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

    Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş
    SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına
    və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir.
    Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti
    nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə
    cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və
    daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

    ABİDƏLƏR

    Xocalının
    tarixi-mədəni abidələri

    Daş qutu nekropolu –
    tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

    Nekropol – ilk tunc və
    orta tunc dövrü (Xankəndidən cənubda)

    Xocalı kurqanları -
    ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

    Küp qəbirləri
    nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

    Kurqan - dəmir dövrü
    (Xankəndi yaxınlığında)

    Xankəndi kurqanları -
    tunc dövrü (Xankəndidən şimalda)

    Xaçıncay nekropolu -
    ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

    Küp qəbirləri
    nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

    Kurqan - tung dövrü (Armudlu
    kəndindən 15 km aralı, İlis çayının sahilində)

    Daş qutu nekropolu –
    dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

    Köhnə qəbristanlıq -
    tung dövrü (çanaqçı kəndi)

    Daş qutu nekropolu –
    dəmir dövrü (Saruşen kəndi)

    Daş qutu nekropolu –
    dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

    Dairəvi məbəd -
    1356-1357-ci il (Xocalı şəhəri)

    Türbə – XlV əsr
    (Xocalı şəhəri)

    Alban məbədi - 1100-ci
    il (Çanaxçı kəndi)

    Alban məbədi - 1065-ci
    il (Çanaxçı kəndi)

    Alban məbədi - 905-ci
    il (Şuşa kəndi)

    Alban məbədi - 1122-ci
    il (Xansıx kəndi)

    Alban məbədi - 1100-ci
    il (Xaçmaz kəndi)

    Alban məbədi - 1202-ci
    il (Armudlu kəndi)

    Qala – X əsr (Maşxmaat
    kəndi)

    Qırxlar qalası – orta
    əsrlər (Badara kəndi)

    Məbəd kompleksi - VII
    əsr ( Badara kəndi)

    Qala - IX əsr ( Daşbaşı
    kəndi)

    Əsgəran qalası - XVIII
    əsr ( Əsgəran qəsəbəsi)

    Aslan qalası – IX əsr
    (Anabert kəndi)

    Mədəb – XIII əsr
    (Xanabad kəndi)
     
    İnzibati ərazi dairələri və ərazi vahidləri
      1. Xocalı şəhər iəd
          X o c a l ı   ş.
      2. Almalı kənd iəd
          A l m a l ı   k.
        Qarakötük k.
      3. Ballıca kənd iəd
          B a l l ı c a   k.
        Xanyurdu k.
        Mehdibəyli k.
      4. Cəmilli kənd iəd
          C ə m i l l i   k.
      5. Çanaqçı kənd iəd
          Ç a n a q ç ı   k.
        Sığnaq k.
      6. Dağyurd kənd iəd
          D a ğ y u r d   k.
      7. Daşbulaq kənd iəd
          D a ş b u l a q   k.
        Badara k.
        Xanyeri k.
        Qayabaşı k.
        Suncinka k.
      8. Əsgəran qəsəbə iəd
          Ə s g ə r a n   q.
      9. Harov kənd iəd
          H a r o v   k.
        Dağdağan k.
    10. Xanabad kənd iəd
          X a n a b a d   k.
        Ağgədik k.
        Aşağı Qılıçbağ k.
    11. Kosalar kənd iəd
          K o s a l a r   k.
        Başkənd k.
        Canhəsən k.
        Cavadlar k.
        Yalobakənd k. 12. Qarabulaq kənd iəd
          Q a r a b u l a q   k.
        Dəmirçilər k.
        Quşçubaba k.
        Mədətkənd k.
    13. Qızıloba kənd iəd
          Q ı z ı l o b a   k.
        Aşağı Yemişcan k.
        Xaçmaç k.
        Yuxarı Yemişcan k.
    14. Meşəli kənd iəd
          M e ş ə l i   k.
    15. Naxçıvanlı kənd iəd
          N a x ç ı v a n l ı   k.
        Ağbulaq k.
        Aranzəmin k.
        Dəhrəz k.
        Pircamal k.
    16. Pirlər kənd iəd
          P i r l ə r   k.
        Daşbaşı k.
        Fərrux k.
    17. Seyidbəyli kənd iəd
          S e y i d b ə y l i   k.
        Ulubaba k.
    18. Şuşikənd kənd iəd
          Ş u ş i k ə n d   k.
        Daşkənd k.
        Muxtar k.
    19. Təzəbinə kənd iəd
          T ə z ə b i n ə   k.
        Qışlaq k.
        Sərdarkənd k.
        Şəlvə k.

    Coğrafi mövqeyi

    Rayonun yaranma tarixi – 26. 11. 1991.
    Ərazisi - 0,94 min kv. km.
    Xocalı rayonu ilə Bakı arasında olan məsafə - 375 km.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib40 dəfə
    rayon haqqinda Ümumİ mƏlumat

    Maraqlı gələ bilər
    16
    41
    31
    37
    60
    23